Ağzını marçıldadaraq yemək yeyən “food bloger”ləri görəndə ətim tökülür. Hələ əlində "rumka" tutub sağlıq deyənlər də var. İçkini “yüksək səviyyədə” "kişilik simvolu" kimi təbliğ edənlər də... Çox iyrənc görünürsünüz!
Ölkə.Az-ın məlumatına görə, bunu tanınmış fud-bloger Fərid Səfərov bildirib.
O həmin şəxslərə xitabən vurğulayıb: "Qida bir mədəniyyətdir, mədəniyyətinizi itirməyin!"
Əvvəllər də bu mövzuya toxunduğunu deyən bloger qeyd edib ki, ikinci dəfə məsələyə diqqət çəkməkdə məqsədi onlara təsir etməkdir.
Qeyd edək ki, fud-bloger (food bloger) dedikdə yemək və qida mövzularında məzmun yaradan şəxs nəzərdə tutulur. Onun əsas işi yeməklə bağlı dadmaq, təqdim etmək və paylaşmaqdır.
Adətən fud-bloger restoran, kafe, fəstfud məkanlarına gedir, yeməkləri dadır, yeməyin görünüşü, dadı, porsiyası və qiyməti haqqında rəy bildirir. O cümlədən evdə bişirdiyi yeməklərin reseptini paylaşır.
Azərbaycanda fud-blogerlər daha çox instagram, tiktok və "YouTube" üzərindən tanınır. Onların videoları qısa, vizual və yumşaq desək, iştahanı təşviq edən olur. Bizim reallıqda fud-bloger anlayışı bir az genişlənib. Bəzən sadəcə çox yeyən, restoran-restoran gəzib video çəkən, qiymətdən çox porsiyanı və “doyumluluğu” göstərən şəxslərə də fud-bloger deyilir.
Peşəkar mənada isə fərq var. Fud-bloger şəxsi rəy və təcrübə paylaşır, fud-tənqidçi isə yeməyi, xidməti və keyfiyyəti daha obyektiv və peşəkar qiymətləndirir