AZ

Gəncədə 2 avtomobil toqquşdu – 2 nəfər xəsarət aldı

Gəncə şəhərində iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə nəticəsində 1978-ci il təvəllüdlü Elnurə Nadirova və 1983-cü il təvəllüdlü Vasif İsmayılov xəsarət alıblar.

Həmin şəxslər xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Bizim.Media

Seçilən
27
1
bizim.media

1Mənbələr