AZ

Afrika Kubokunda qapıçı oyun zamanı huşunu itirdi

Afrika Millətlər Kubokunun ikinci turunda keçirilən Sudan - Ekvatorial Qvineya matçında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az xəbər verir ki, Sudan millisinin qapıçısı Monqed Elnil qarşılaşma zamanı huşunu itirib. Hadisə oyunun 37-ci dəqiqəsində baş verib. Qolkiper cərimə meydançasının kənarında yerə yıxılıb, bu zaman oyun meydanın digər hissəsində davam edib.

Bir müddət sonra baş hakim vəziyyəti fərq edərək oyunu dayandırıb. Tibb işçiləri dərhal meydana daxil olub və futbolçuya ilkin tibbi yardım göstəriblər. Bir neçə dəqiqəlik fasilədən sonra Monqed Elnil özünü daha yaxşı hiss edib və qarşılaşmanı davam etdirib.

Sudan millisinin tibb heyətinin açıqlamasına görə, qapıçının huşunu itirməsinə qan təzyiqinin və ya qan şəkərinin səviyyəsinin qısamüddətli enməsi səbəb olub. Bildirilib ki, futbolçunun vəziyyəti stabildir və onda hər hansı ciddi sağlamlıq problemi aşkarlanmayıb.

Qeyd edək ki, qarşılaşma Sudan millisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

KL: "Samsunspor" evdə məğlub oldu - YENİLƏNİB

İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib

ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB

Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"

Mateuş Koxalski: “Çox əsəbiyəm”

Seçilən
43
1
apasport.az

2Mənbələr