Bakı. Trend:
“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla Dialoq”analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb. Verilişinqonağı Azərbaycanın əməkdar rəssamı İrina Eldarova olub.
Trend xəbərverir ki, İrina Eldarova layihənin aparıcısı Tofiq Abbasovla söhbətzamanı incəsənətin milli kimliyin və ictimai şüurunformalaşmasındakı roluna toxunub.
Onun sözlərinə görə, incəsənət öz təbiətinə görə elitarlıqladərin vətənpərvərliyi birləşdirir.
“Bir tərəfdən incəsənət kifayət qədər elitar xarakter daşıyır,çünki rəssamların və bəstəkarların qabaqcıl ideyaları çox zaman özdövrünü qabaqlayır. Digər tərəfdən isə incəsənət, bəlkə də hərşeydən daha çox, vətənpərvərdir. O, bütün dünyaya məxsusdur, lakinhər bir ölkə haqlı olaraq öz müəllifləri ilə fəxr edir”, – deyəİrina Eldarova qeyd edib.
Rəssam 1986-cı ildə Azərbaycana köçdüyünü xatırladıb və 1990-cıillərlə bağlı şəxsi xatirələrini bölüşüb.
“Qızlarım iki nömrəli liseydə oxuyanda hər səhər saat səkkizdə –havanın necə olmasından asılı olmayaraq – sıraya düzülür vəAzərbaycan himnini dinləyirdilər. Bu, inanılmaz dərəcədə təsirliidi. Mənim üçün Azərbaycan himni vətənə həsr olunmuş ən güclü vəkamil əsərlərdən biridir”, – deyə o bildirib.
Peşəkar fəaliyyətindən danışan İrina Eldarova Azərbaycan Milliİncəsənət Muzeyi ilə uzun illər davam edən əməkdaşlığından və ölkərəssamlarına həsr olunmuş irihəcmli nəşrlər seriyası üzərindəgördüyü işlərdən söz açıb.
“Mən 38-dən artıq kitab hazırlamışam və düşünürdüm ki,Azərbaycan incəsənətini yaxşı tanıyıram. Lakin iş prosesində bubiliklərim xeyli dərinləşdi. Azərbaycan təsviri sənət məktəbigüclü, özünəməxsusdur və çoxlu sayda parlaq müəlliflərə malikdir”,– deyə o vurğulayıb.
Verilişdə Azərbaycanın beynəlxalq mədəni təmsilçiliyinə dəxüsusi diqqət yetirilib. İrina Eldarova Venesiya Biennalesindəiştirakı xatırladaraq bildirib ki, ixtisaslaşmış mətbuatınsorğularına əsasən, Azərbaycan pavilyonu 170-dən çox ölkə arasındaən çox ziyarət edilən on pavilyon sırasına daxil olub.
“Bizim pavilyon böyük maraqla qarşılanırdı. Altı ay davam edənsərgi müddətində çoxlu isti rəylər aldıq. Dünyanın müxtəlifölkələrindən olan insanlar Azərbaycanı incəsənət vasitəsilə kəşfedirdilər”, – deyə o qeyd edib.
Müharibədən sonrakı reallıq kontekstində rəssam mədəniyyətxadimlərinin xüsusi missiyasını da vurğulayıb.
“Rəssamlar faktiki olaraq dinc yanaşı yaşama prosesinin tonunumüəyyənləşdirirlər. Xaricdə sərgilənərək onlar təkcə öz ölkələrininmədəniyyətini təqdim etmir, eyni zamanda sülh, xeyirxahlıq vəyaradıcılıq dəyərlərini təşviq edirlər”, – deyə İrina Eldarovabildirib.
Çıxışını yekunlaşdıran rəssam, auditoriyaya humanist mesajünvanlayıb.
“Mən hər kəsə sülh arzulamaq istəyirəm – hər bir insana, hər birailəyə, hər bir ölkəyə. Əgər bəşəriyyət daha az müharibə aparıb,daha çox yaratsaydı, dünya tamamilə fərqli olardı”, – deyə ovurğulayıb.