
Meksikanın cənubundakı Oaxaka ştatında sərnişin qatarı relsdən çıxıb.
Missiya.Az xəbər verir ki, Meksika Hərbi Dəniz Qüvvələri Nazirliyinin (Semar) məlumatına görə, hadisə Nizanda şəhəri yaxınlığında döngəli ərazidə baş verib. Qəza zamanı qatarda 241 sərnişin və 9 heyət üzvü olub.
Hadisə nəticəsində azı 13 nəfər ölüb, 98 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub.
Meksika Prezidenti Klaudiya Şeynbaum qəza ilə bağlı başsağlığı verib və zərərçəkən ailələrə dəstək göstərilməsi ilə bağlı göstəriş verib.
Seyranə QuliyevaMissiya.Az