AZ

"Zirə"nin legioneri oynadı, komandası Afrika Millətlər Kubokunda qələbə qazandı

"Zirə"nin yarımmüdafiəçisi Quimanın heyətində yer aldığı Mozambik millisi Afrika Millətlər Kubokunda növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, F qrupunda yer alan Mozambik 2-ci turda Qabonla qarşılaşıb. 

Matç Quimanın komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. "Zirə"nin oyunçusu start heyətində yer alaraq matçı əvəzolunmadan keçirib.

Mozambik növbəti oyununu Kamerunla (31 dekabr) keçirəcək. "Zirə"li yarımmüdafiəçinin komandası hazırda qrupda 3 xalla 3-cü yerdədir.

Seçilən
4
1
fanat.az

2Mənbələr