Minik avtomobilinin qaz xəttinə çırpılması nəticəsində diametri 76 mm olan qaz xətti qırılıb.
Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda baş verib.
Bildirilib ki, təhlükəsizlik səbəbi ilə Alışar kəndində 322 abonentin qaz təchizatı dayandırılıb.
Bərpa işləri yekunlaşan kimi sözügedən ərazidə təbii qazın verilişi təmin ediləcək.
