Braziliya millisinin üzvü Renan Lodi klub karyerasında yeni mərhələyə başlayıb.
Milli.Az-ın yaydığı məlumata görə, 27 yaşlı sol cinah müdafiəçisi bundan sonra futbol yolunu vətənində davam etdirəcək. O, Braziliyanın tanınmış klublarından olan "Atletiko Mineyro" ilə rəsmi müqavilə bağlayıb.
Qeyd edək ki, Renan Lodi indiyədək Avropanın bir sıra aparıcı çempionatlarında forma geyinib. O, karyerası ərzində İspaniyanın "Atletiko Madrid", Fransanın "Marsel" və İngiltərənin "Nottinqem Forest" klublarının şərəfini qoruyub.
Hüseyn
Milli.Az