AZ

“İşləmək istəmirəm” Səidə Haqverdiyeva

Olay.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə boşanmasıyla gündəmə gələn rejissor Səidə Haqverdiyeva sosial şəbəkədəki paylaşımı ilə diqqəy çəkib.

OLAY yazır ki, o açıqlamasında bunları yazıb:

“Əziz dostlarım, yaxınlarım və həyatda bir dəfə də olsun qarşılaşmadığım virtual dostlar ?

Bir neçə gün əvvəl işdən ayrıldığımı paylaşmışdım. Həmin paylaşımdan sonra aldığım zənglər, yazılan mesajlar, göstərdiyiniz dəstək və xüsusilə iş təklifləri məni həm duyğulandırdı, həm də çox təəccübləndirdi.

Hamınıza səmimi-qəlbdən minnətdaram. Bu münasibət və həssaslıq mənim üçün çox dəyərlidir.

Hazırda isə işləmək istəmirəm. Bir az dincəlməyə, dayanmağa və qarşıdakı yeni mərhələni düşünməyə ehtiyacım var.

Anlayışınıza və incə yanaşmanıza görə bir daha təşəkkür edirəm”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
olay.az

1Mənbələr