Bakı, 29 dekabr, AZƏRTAC
Laosda bu ilin 11 ayında ümumilikdə 5 min 740 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 782 nəfər ölüb, 8 min 873 nəfər isə ağır yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Laos İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb. Bildirilib ki, qəzaların əsas səbəbi sürət həddinin aşılması və sərxoş vəziyyətdə avtomobil idarə etmək olub.
Bundan əlavə, Laos rəsmiləri qarşıdan gələn Yeni il bayramı zamanı yol-nəqliyyat hadisələrinin azaldılmasına yönəlmiş qaydalar qəbul ediblər.