AZ

"Tarqovu"dakı restoran 8 milyona satışa çıxarıldı - FOTO

Paytaxtın Səbail rayonu Nizami küçəsindəki (“Tarqovu”)  15 ildir fəaliyyət göstərən restoran yüksək qiymətə satışa çıxarılıb.

Ölkə.Az-ın məlumatına görə, 600 m² sahəsi olan restoran 8 milyon 300 min manata təklif edilir.

Bakının ən hərəkətli turist axını olan ərazidə yerləşən restoranın 180 nəfərlik tutumu olduğu bildirilir.

Qiymətə 60 nəfərlik teras və mətbəx avadanlığı da daxildir.

Əldə etdiyimiz məluata görə, satışa çıxarılan restoran "Soul Kitchen"dir.

Obyektin satılmasına səbəb isə sahibinin restoran biznesindən uzaqlaşmaq istəməsidir.

Billurə Yunus

Seçilən
52
1
olke.az

2Mənbələr