AZ

Meksikada qatar qəzası: 13 ölü, 98 yaralı

Meksikanın cənubunda yerləşən Oaxaca ştatında bir sərnişin qatarının relsdən çıxması nəticəsində 13 nəfərin həyatını itirdiyi, 98 nəfərin isə yaralandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Meksika Dəniz Qüvvələri Nazirliyinin (Semar) verdiyi açıqlamaya görə, 241 sərnişin və 9 heyət üzvünü daşıyan sərnişin qatarı Oaxaca ştatının Nizanda qəsəbəsi yaxınlığında yerləşən bir döngədə relsdən çıxıb.

Qəza nəticəsində yaralanan şəxslər dərhal tibb müəssisələrinə çatdırılıb.

Axtarış və xilasetmə işlərinə 360 dənizçi, 20 nəqliyyat vasitəsi, 4 quru təcili yardım maşını, 3 hava təcili yardım helikopteri və bir pilotsuz uçuş aparatı cəlb olunub.

“Qurumumuz Meksika xalqının təhlükəsizliyi və rifahı üçün xidmət etməyə davam edəcək və hadisənin tam aydınlaşdırılması üçün səlahiyyətli orqanlarla koordinasiyalı şəkildə işləyəcək”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.

Meksika Prezidenti Klaudia Şeinbaum da sosial media hesabında paylaşım edərək hadisədən kədər duyduğunu bildirib və Dəniz Qüvvələri Naziri ilə Daxili İşlər Nazirliyinə bağlı İnsan Hüquqları Müvəkkilinə hadisə yerinə gedərək ailələrlə yaxından maraqlanmağı tapşırıb.

Seçilən
36
4
cebheinfo.az

8Mənbələr