AZ

“10 ildən çoxdur ki, anamı görmürəm” Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Anamla çoxdandır görüşmürəm. 10 ildən çoxdur ki, onunla görüşməsək də, hər gün danışırıq, elə bil, bir yerdə yaşayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Samir Bağırov “Həftənin qonağı” verilişində deyib.

Anasının Amerikada yaşadığını bildirən sənətçi ilk dəfə bu barədə danışıb: “Anam mənim birinci fanatımdır. Hər dəfə zəng edir ki, bunu geyin, onu et. İstəyir mən ciddi kostyumlar geyinim. Həmişə deyir ki, “petruşka” kimi geyinmə”. Ora getmirəm, çünki gedəndə məni orada saxlamaq istəyirlər. Atamla da münasibətim yaxşıdır. Bir müddət anamla ayrılanda küsülü idim. Anam bacımla mənə şərt qoydu ki, məni sevirsinizsə, onunla danışmayın. Sonra sakitləşdi və dedi ki, “o, atanızdır və bizim münasibətimizin sizə adiyyəti yoxdur”. Mənim onun xanımı ilə də əlaqəm var.

Bacım da Niderlandda yaşayır. Bacımın birinci əri yarı italyan, yarı kolumbiyalı idi. Bacımın böyük qızının əri bolqar, ikinci qızının əri isə niderlandlı oldu. Mən ona görə də deyirəm ki, dünya vətəndaşıyam. Bacım məndən 8 yaş böyükdür, amma hələ də özünü inkişaf etdirir. Musiqi, rəsm, oxumaq - hər şeyi bacarır və özünü hər şeydə sınayır. Mənim müğənni olmağımda bunun çox rolu olub. Mən hələ danışa bilmirdim, amma musiqi zümzümə edirdim. Çünki evdə bacım musiqi ilə məşğul olurdu, pianoda çalırdı. Amma ailəm mənim bu sənətə gəlməyimə qarşı idi. Xüsusilə atam deyirdi ki, bu, kişi sənəti deyil. Amma sonra mən başa düşdüm ki, bu mənim missiyamdır. Heç kim mənə inanmır, lakin mən asfaltdan gül kimi çıxıram”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
1
qafqazinfo.az

2Mənbələr