AZ

Avtobus və metroda gediş haqqı yenə artacaq?

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bakı və ölkə üzrə ictimai nəqliyyatda gediş haqları son vaxtlar yenidən diqqət mərkəzindədir.

Bakıvaxtı.az xatırladır ki, hazırda bəzi avtobus marşrutlarında gediş haqqı artıq artırılıb və ya yenilənmiş tariflər tətbiq edilir. Məsələn, 1 oktyabr 2025‑ci ildən metro və müasir avtobuslarda gediş haqqı minimum 60 qəpik səviyyəsinə qaldırılıb. Gediş haqları məsafədən və marşrutun növündən asılı olaraq müəyyən edilir.

Bəs 2026-cı ildə avtobuslarda gediş haqqı yenidən arta bilərmi?

Məsələ ilə bağlı BakuBus-dan Bakıvaxtı.az-a bildirilib ki, avtobus gediş haqqının artırılıb‑artırılmaması onların səlahiyyətində deyil:

"Bu tarifləri Tarif Şurası və Nazirlər Kabineti tənzimləyir. Daşıyıcı kimi BakuBus yalnız tətbiq olunan tariflərlə xidmət göstərir. Buna görə də gediş haqqının artırılıb‑azaldılması qərarı BakuBus-dan deyil, hökumətdən asılıdır".

Bənzər açıqlama Bakı Metropoliteni QSC-dən də verilib:

"Qapalı Səhmdar Cəmiyyətinin metro nəqliyyatında gediş haqqı təriflərini tənzimləmək səlahiyyəti yoxdur. Ümumiyyətlə, məsələ ilə bağlı hər hansı əlavə məlumat mövcud deyil", - deyə qurumdan Bakıvaxtı.az-a bildirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
1
cebheinfo.az

2Mənbələr