
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla baş tutan görüşdən sonra "travmaya uğrayıb".
Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə "Politico"ya adı açıqlanmayan Avropa rəsmisindən məlumat verilib.Nəşr bildirir ki, "Zelenski fevral ayında Vaşinqtonda Tramp və vitse- prezident Cey Vens ilə baş tutan uğursuz görüşündən hələ də müəyyən qədər travma alıb".Vurğulanıb ki,, Ukrayna lideri bu fonda avropalı həmkarlarının dəstəyini qazanmağa da çalışır.
İlahə QənbərliMissiya.Az