AZ

Yol polisi müstəqil fəaliyyət göstərə bilər? ŞƏRH

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yol hərəkətinin təhlükəsizliyi cəmiyyət üçün vacib məsələlərdən biridir.

Görəsən, yol polisi müstəqil fəaliyyət göstərə bilər?

Gununsesi.info -ya açıqlamasında vəkil Esmira Rzayeva bildirib ki, hazırda çox az ölkələrdə yol polisi müstəqil qurum kimi fəaliyyət göstərir:

“Yol hərəkəti təhlükəsizliyi hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan sahələrdən biridir. Çox az ölkələrdə yol polisi müstəqil qurum kimi fəaliyyət göstərir. Müstəqil yol polisi modeli artıq həmin ölkələrdə sınaqdan çıxmış və effektivliyini sübut etmiş idarəetmə formasıdır.

Ölkələrdə yol polisi yol hərəkəti nəzarəti və avtomobil yollarında təhlükəsizliyi təmin edir, amma polis gücü daxilində fəaliyyət göstərir. Bu o deməkdir ki, bu ölkələrdə yol polisi polisdən ayrı müstəqil qurum deyil, polis strukturunun tərkib hissəsidir”.

ABŞ və bir çox Avropa ölkələrində yol polisi polis daxilində orqan olaraq qalır”.

Vəkilin fikrincə, bir çox inkişaf etmiş dövlətlərdə yol təhlükəsizliyinin planlaşdırılması, infrastrukturun idarə olunması və nəqliyyat axınının tənzimlənməsi polisə tabe olmayan mülki qurumlar tərəfindən də həyata keçirilə bilir:

“Böyük Britaniyada National Highways kimi mülki agentliklər əsas yolların planlaşdırılması, layihələndirilməsi, tikintisi və baxımı üzrə fəaliyyət göstərir — bu qurum polisdən ayrı strukturdur və yol təhlükəsizliyi aspektlərini layihə səviyyəsində nəzərə alır.

Bəzi inkişaf etmiş ölkələrdə (məsələn, İngiltərədə, Niderlandda) nəqliyyat sistemlərinin səmərəli idarə olunması üçün dövlət və yerli nəqliyyat orqanları həm yol infrastrukturu, həm də trafik axınının tənzimlənməsi üzrə fəaliyyət göstərir”.

Afət

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
icma.az

1Mənbələr