ain.az, Reyting.az saytına istinadən bildirir.
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Marneuli Rayon Bölməsinin əməkdaşları dələduzluq ittihamı ilə iki Azərbaycan vətəndaşını saxlayıb.
Məlumata görə, 1987-ci il təvəllüdlü A.M. və 1983-cü il təvəllüdlü İ.M. Marneuli bələdiyyəsi ərazisində yaşayan vətəndaşa məxsus qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçiriblər.
Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki şəxs saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə araşdırma aparılır.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 180-ci maddəsinin 1-ci hissəsi ilə təqsirləndirilən şəxsləri 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
İstintaq tədbirləri davam etdirilir(report).
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.