ABŞ-ın Nyu-Cersi ştatında bazar günü iki helikopterin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Publika.az xəbər verir ki, Hammonton polis rəisi Kevin Fril bildirib ki, xilasedicilər təyyarə qəzası barədə məlumatı təxminən saat 11:25-də alıblar. Hadisə yerindən çəkilmiş videoda vertolyotun yerə çırpıldığı görünür.
“Associated Press”in məlumatına görə, polis və yanğınsöndürənlər daha sonra vertolyotlardan birini bürüyən alovu söndürüblər.
Federal Aviasiya Administrasiyası qəzanı Hammonton Bələdiyyə Hava Limanı üzərində “Enstrom F-28A” və “Enstrom 280C” helikopterləri arasında havada toqquşma kimi təsvir edib.
Hər təyyarədə yalnız pilot olub. Onlardan biri həlak olub, digəri isə həyati təhlükəsi olan xəsarətlərlə xəstəxanaya aparılıb.