AZ

Bank sektorunun aktivləri 4 faizdən çox artıb

Bu ilin noyabr ayında ölkədə fәaliyyәtdә olan bankların cәmi aktivlәri 58 748,5 milyon manat, cәmi öhdәliklәri 51 517,4 milyon manat, balans kapitalı 7 231,1 manat olub.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, noyabr ayında bankların cәmi aktivlәri 4,3 faiz, öhdәliklәri 4,7 faiz, balans kapitalı isə 1 faiz artıb.

Ümumilikdə cari ilin yanvar-noyabr aylarında banklar 1 058,9 milyon manat xalis mәnfәәt, 1 651,6 milyon manat mәblәğindә әmәliyyat mәnfәәti әldә edib. Cari ilin 11 ayında banklar tәrәfindәn ümumilikdә 265,5 milyon manat mәblәğindә mәnfәәt vergisi ödənilib ki, bu da bir il öncəki göstəricini 14,3 faiz üstələyir.

Seçilən
53
vergiler.az

1Mənbələr