AZ

"Bu, şəhərsalmada yeni bir yanaşma, yeni bir modeldir" - ŞƏRH EDİLDİ

"Azərbaycan son illər şəhərsalma və memarlıq sahəsində ciddi uğurlar əldə edib. Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə həm "ağıllı şəhər", həm də "ağıllı kənd" prinsiplərinə uyğun olan yaşayış məntəqələrinin bərpası və inşası həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, praktik olaraq bu gün Qarabağ və Şərqi Zəngəzurda salınan və inşa edilən şəhərlərimiz həm də bir modelə çevrilir: "Bu, şəhərsalmada yeni bir yanaşma, yeni bir modeldir. Azərbaycanın keçirdiyi beynəlxalq toplantılarda da xarici ekspertlərin xüsusi vurğuladığı məqamlardan biri məhz işğaldan azad olunmuş ərazilərimizdə yeni texnologiya, yeni yanaşma əsasında şəhərsalmanın genişləndirilməsi və həyata keçirilməsidir. Təbii ki, Azərbaycan yalnız işğaldan azad olunmuş ərazilərdə deyil, eyni zamanda digər bölgələrimizdə, o cümlədən paytaxtda da müasir şəhərsalma prinsiplərini tətbiq edir. Sözsüz ki, 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması da bir tərəfdən bununla bağlıdır ki, kifayət qədər Azərbaycan bu sahədə ciddi uğurlar əldə edib və bu uğurlar artıq beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən yüksək qiymətləndirilir.

Təbii ki, elə bu il Azərbaycan növbəti dəfə dünyanın ən böyük toplantılarından birinə ev sahibliyi edəcək və may ayında keçiriləcək həmin toplantı "COP-29" Azərbaycanın da iştirakçı sayı baxımından ikinci ən böyük tədbiri hesab olunur. Bu baxımdan, təbii ki, həmin tədbirdə də Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar və tətbiq etdiyi metodlar, yanaşmalar təqdim olunacaq. Eyni zamanda, beynəlxalq təcrübənin bölüşdürülməsi də həyata keçiriləcək. O baxımdan 2026-cı il şəhərsalma və memarlıq baxımından Azərbaycan üçün əlamətdar və fərqli illərdən biri olacaq və Azərbaycan bütövlükdə, xüsusilə işğaldan azad olunmuş ərazilərimizdə yeni və müasir standartlara uyğun olan şəhərsalma ənənəsini daha da genişləndirəcək".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
32
50
sia.az

10Mənbələr