AZ

Afrika Millətlər Kuboku: Mərakeş yığmasından rekord

Mərakeş millisi Afrika Millətlər Kubokunda məğlubiyyətsiz seriyasını davam etdirir.

Apasport.az xəbər verir ki, turnirin qrup mərhələsində artıq iki oyun keçirən Mərakeş yığması bir qələbə və bir heç-heçə əldə edib. Bu nəticələr komandanın Afrika Millətlər Kubokunun final mərhələsindəki məğlubiyyətsiz seriyasını 13 oyuna çatdırıb ki, bu da kollektiv üçün şəxsi rekord sayılır.

13 qarşılaşmanın 10-da qələbə, 3-də isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, son illərdə güclü heyətə və stabil oyuna baxmayaraq, Mərakeş millisi Afrika Millətlər Kubokunu 1976-cı ildən bəri qazana bilməyib. Həmin titul indiyədək yığmanın turnirdəki yeganə çempionluğu olaraq qalır.

"Fənər"dən darmadağın, AL-də günün nəticələri - YENİLƏNİB

KL: "Samsunspor" evdə məğlub oldu - YENİLƏNİB

İspaniyada skandal: ÇL himni əvəzinə Avropa Liqasının musiqisi səsləndirilib

ÇL: "Real" "Siti"yə, "Napoli” “Benfika”ya məğlub oldu - YENİLƏNİB

Qurban Qurbanov: "Bu, Azərbaycan futbolunun real vəziyyətidir"

Seçilən
23
2
apasport.az

3Mənbələr