AZ

Samsung smartfonları daha bahalı olacaq

Samsung smartfonlarının qiyməti gələn il kəskin bahalaşacaq.Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bu barədə Koreyanın "The Bell" nəşri məlumat dərc edib.

"Satış qiymətinin artırılması müəyyən mənfəət səviyyəsini təmin edə bilsə də, istehlakçıların üzərinə düşən yükü artıracaq və potensial olaraq satış həcmini azaldacaq", - deyə bildirilib.

Mənbənin məlumatına görə, qiymət artımına səbəb marketinq xərcləri və komponentlərin qiymətindəki artımdır.

Həmçinin, şirkət artıq yeni modellərin hansılar olacağına qərar verib. Bunlar Galaxy S26, Galaxy S26+ və Galaxy S26 Ultradır.

İlahə QənbərliMissiya.Az

Seçilən
15
missiya.az

1Mənbələr