AZ

Qırğızıstanda işləyən çinlilərdən qırğız dilini öyrənmək tələb edildi

BAKI, 29 dekabr. TELEQRAF

Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Taşiyev Çinin “China Road” şirkətinin nümayəndələrinə qırğız dilini öyrənməyi tapşırıb.

Teleqraf xəbər verir ki, o, bu barədə İssık-Kul bölgəsində yol tikintisi ilə bağlı keçirilən iclasda bildirib.

Magistralın Barskon-Karakol hissəsində işləri kimin həyata keçirdiyi ilə maraqlanan Taşiyev deyib ki, Qırğızıstanda təxminən 20 ildir fəaliyyət göstərən şirkətin nümayəndələri dövlət dilini bilmirlər.

“Niyə hələ qırğız dilini öyrənməmisiniz? “China Road” neçə ildir Qırğızıstandadır? 20 il! Hələ də qırğız dilində danışa bilmirsiniz? Öyrəni”, - Kamçıbek Taşiyev vurğulayıb.

Seçilən
3
teleqraf.com

1Mənbələr