AZ

DSMF: On bir ayda 235 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada aparılıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 29 dekabr, AZƏRTAC

Bu ilin yanvar-noyabr ayları ərzində 234 min 673 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib

Qeyd edilib ki, onlardan 36 min 861-i pensiya, 197 min 812-si müavinət (o cümlədən məcburi dövlət sosial sığorta hesabına ödənilən) və təqaüd təyinatıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
azertag.az

1Mənbələr