Sudan lideri atəşkəs imkanını rədd edib.
News365.az xarici mediaya istinadla xəbər verir ki, Sudanın Suveren Şurasının sədri Abdel Fəttah əl-Burhan atəşkəs və ya müvəqqəti barışıq təkliflərini rədd etdiyini açıqlayıb.
O bildirib ki, danışıqlar yalnız üsyançı qüvvələr geri çəkildikdən və silahlı dəstələr təslim olduqdan sonra mümkün ola bilər.