AZ

Putin Ukraynada referendum üçün atəşkəsdən İMTİNA ETDİ – Tramp AÇIQLADI

Putin Ukraynada referendum üçün atəşkəsdən imtina etdi.

ABŞ Prezidenti Rusiya liderinin məntiqini anladığını, lakin həll yolu axtardığını bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya lideri Vladimir Putin Ukraynada keçirilməsi mümkün olan referendum zamanı atəşkəs elan etməkdən imtina edib.

Trampın sözlərinə görə, Putin atəşin əvvəlcə dayandırıldığı, lakin sonra yenidən bərpa olunduğu bir vəziyyətlə üzləşmək istəmir.

Bununla belə, Amerika lideri qeyd edib ki, o, bu məntiqi başa düşür, lakin problemin həll yolunun tapılmasının mümkün olduğuna inanır.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski bildirmişdi ki, 20 bənddən ibarət sülh sazişi parlamentdə ratifikasiya edilə və ya ümumukrayna referendumuna çıxarıla bilər. Lakin bunun reallaşması üçün ən azı 60 gün vaxt və tam atəşkəs rejimi tələb olunur.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
16
50
interpress.az

10Mənbələr