Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yeni il ərəfəsində paytaxt küçələrində Şaxta baba və Qar qız obrazında fəaliyyət göstərən şəxslərin sayı maraq doğurur.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti Axar.az-a açıqlamasında bildirib ki, paytaxtda Şaxta baba və Qar qız personajı yaratmaq üçün departamentə müraciətlər daxil olub.
“Aparılan qeydiyyat prosesi nəticəsində 4 Şaxta baba və 4 Qar qız Bakı şəhərinin müxtəlif küçə və ictimai məkanlarında fəaliyyət göstərmələri üçün rəsmi şəkildə qeydiyyata alınıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, Bakıda müxtəlif meydanlarda, parklarda, o cümlədən əyləncə mərkəzlərində Şaxta babaların və Qar qızların sayı kifayət qədər çoxdur. Bu baxımdan rəsmi rəqəm təəccübləndirir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.