AZ

2025 ci ildə sosial təminat tədbirləri daha da genişləndirilib ŞƏRH

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 29 dekabr, AZƏRTAC

2025-ci ilin əsas xüsusiyyətlərindən biri qeyri-neft sektorunun iqtisadi artıma təsir imkanlarının genişləndirilməsi olub. Bu proses fonunda inflyasiya əvvəlki illərlə, xüsusilə 2022–2023-cü illə müqayisədə azalıb. Rəsmi statistikaya əsasən, 2025-ci il üzrə inflyasiya səviyyəsinin təxminən 6 faiz olacağı gözlənilir.

Bunu AZƏRTAC-a açıqlaması zamanı deputat Vüqar Bayramov deyib.

O bildirib ki, eyni zamanda, əhalinin gəlirlərində 8,1 faiz, orta aylıq əməkhaqqında isə 9,2 faiz artım qeydə alınıb.

“Bu da onu göstərir ki, əməkhaqqındakı artım tempi rəsmi inflyasiya səviyyəsini üstələyir. 2025-ci il Azərbaycan üçün növbəti sosial paketlərin icrası ilə də yadda qalıb. Minimum əməkhaqqı, minimum pensiya və sosial müavinətlər artırılıb. Bu artımlar 3 milyondan çox vətəndaşı əhatə edib. Dövlət büdcəsindən sosial sahəyə əlavə olaraq 1,4 milyard manat vəsait ayrılıb. Ümumilikdə isə 2025-ci ilin dövlət büdcəsindən sosial istiqamətə təxminən 17 milyard manat vəsait yönəldilib ki, bu da büdcə xərclərinin 41 faizi deməkdir. Bu göstərici 2025-ci ildə sosial təminat tədbirlərinin daha da genişləndirildiyini göstərir. Xüsusilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi bu tədbirlərin əsas məqsədi olub”, - deyə V.Bayramov vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
59
2
azertag.az

3Mənbələr