Ekvadorun Manabi bölgəsində Puerto-Lopes yaşayış məntəqəsində naməlum silahlı şəxslər çimərlikdə balinaya tamaşa edən sakinlərə atəş açıblar. Nəticədə altı nəfər ölüb, üç sakin yaralanıb.
AzEdu.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Məlumata görə, ölənlər arasında iki yaşlı bir qızın olduğu da təsdiqlənib.
"Silahlı insidenti törədənlər hadisə yerindən qaçıblar. Polis hələ də şübhəliləri axtarır və ilkin araşdırmalar göstərir ki, faciənin səbəbi cinayətkar qruplar arasında olan daxili münaqişədir", - dəyə xəbərdə bildirilib.
Qeyd edək ki, Puerto-Lopes balinalara tamaşa etmək üçün məşhur məkandır.