AZ

Gəncədə yeni tikilən obyekt yandı – FOTO

Gəncədə vətəndaşa məxsus yeni tikilən obyektlərdən birində yanğın baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Füzuli parkının yaxınlığında qeydə alınıb. 

Dərhal hadisə yerinə Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən briqadası və texnikası cəlb olunub. 

Qısa zaman ərzində yanğın söndürülüb və qonşu tikiliyə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da obyektə ciddi ziyan dəyib. Belə ki, orada olan bütün əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Yanğının baş vermə səbəbləri araşdırılır.




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
34
50
bizim.media

10Mənbələr