AZ

MH370 təyyarəsinin axtarışları yenidən başlayır

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

İtkin düşmüş Malayziya Hava Yollarına məxsus MH370 reysi ilə bağlı axtarışların başlayacağı tarix bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, proseslər sabahdan start götürəcək.

Məlumata görə, "Ocean Infinity" şirkəti Hind okeanında 15.000 kvadrat kilometrlik ərazini skan edəcək və təyyarə tapılarsa 70 milyon dollar ödəniş alacaq.

Qeyd edək ki, təyyarə 2014-cü ildə Kuala Lumpur-Pekin reysi zamanı radarlardan itmiş və göyərtəsində 239 nəfər olub.

Malayziya Nəqliyyat Nazirliyi bildirib ki, yeni axtarışlar təyyarənin ən çox ehtimal olunan yerinə yönəldiləcək.

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
bakivaxti.az

1Mənbələr