AZ

Alimlər Yer kürəsinin daxili nüvəsində qeyri adi vəziyyət aşkar ediblər

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Alimlər Yer kürəsinin daxili nüvəsinin maddə baxımından xüsusi fiziki xüsusiyyətlərə malik olduğunu eksperimental şəkildə təsdiqləyiblər.

BAKU.WS Lenta.ru-ya istinadən xəbər verir ki, araşdırma göstərib ki, son dərəcə yüksək temperatur və təzyiq şəraitində dəmir bərk kristal quruluşunu saxlayır, lakin onun tərkibindəki yüngül elementlər hərəkətli qalır. Tədqiqatın nəticələri National Science Review (NSR) jurnalında dərc olunub.

Mütəxəssislərin fikrincə, bu xüsusiyyətlər Yer nüvəsində uzun müddətdir müşahidə edilən bir faktı – eninə seysmik dalğaların aşağı sürətlə yayılmasını izah edir. Zəlzələlərin təhlili zamanı qeydə alınan bu hal indiyədək nüvənin tam bərk olması ilə bağlı klassik modellə uyğunluq təşkil etmirdi.

Hipotezi yoxlamaq üçün alimlər laboratoriya şəraitində dəmir və karbon ərintisini yüksək sürətli zərbə qurğuları ilə sıxaraq Yer dərinliklərinə yaxın təzyiq və temperatur yaradıb. Ölçmələr göstərib ki, material kristal karkasını qorusa da, adi bərk dəmirlə müqayisədə daha az sərt olur.

Tədqiqatın nəticələri Yer kürəsinin daxili quruluşu ilə bağlı mövcud elmi təsəvvürləri dəqiqləşdirir və planetin maqnit sahəsinin formalaşması və dəyişməsi proseslərini daha yaxşı anlamağa imkan verə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
2
baku.ws

8Mənbələr