AZ

Musa Quliyev: Son dövrlərdə ölkəyə daha çox kimyəvi tərkibli narkotiklər gətirilir

Bakı, 29 dekabr, AZƏRTAC

Narkomaniya ilə mübarizədə profilaktikanı ən öndə tutmalıyıq. İstənilən bir xəstəliyin müalicəsi onun profilaktikasından 3-4 dəfə baha başa gəlir və çətinliklərlə üzləşir. Narkomaniya təkcə bir şəxsin xəstəliyi deyil, eyni zamanda, ciddi sosial problemdir. Narkomaniyanı tətikləyən maraqlı qüvvələr var və bu, bizim təsir dairəmizdən olduqca kənardadır.

AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən dəyirmi masada Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, 5 il əvvəl ölkəyə daxil olan narkotiklər daha çox bitki mənşəli idi, amma son dövrlərdə daha çox kimyəvi tərkibli narkotiklərin gəldiyi müşahidə edilir. Həmçinin internetin, sosial şəbəkələrin inkişafı və yayılması bu mənfi təsirin cəmiyyətimizdə olduqca ağırlaşmasına gətirib çıxarıb.

Seçilən
76
azertag.az

1Mənbələr