AZ

İran XİN: Diplomatların Venesuelanı tərk etməsi ilə bağlı məlumatlar şayiədir

İranlı diplomatların Venesuelanı tərk etməsi ilə bağlı yayılan məlumatlar şayiələrdir.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi mətbuat konfransında deyib.

“İran diplomatları və şirkətlərinin Karakası tərk etməsi ilə bağlı şayiələrin əsası yoxdur. Bu sadəcə daha əvvəl İranı da hədəfə alan, indi isə Venesualaya qarşı aparılan bir psixoloji müharibənin bir hissəsidir”, - Bəqayi vurğulayıb.

Seçilən
24
2
apa.az

3Mənbələr