Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlıdan xəbər yoxdur.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Şirvan şəhər sakini, Abışov Elçin Abas oğlu, 2025-ci il 7 may tarixindən etibarən itkin düşüb.
1971-ci il təvəllüdlü Elçin Abışovun ikili vətəndaşlığı olub. Məlumatlara görə, o, Rusiya tərəfdən döyüş əməliyyatlarında iştirak edib. Lakin mayın 7-dən sonra onunla heç bir əlaqə qurmaq mümkün olmayıb. 3 uşaq atasının ailəsi uzun müddətdir ondan xəbər ala bilmir.