ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Birinci liqanın 12-ci turunda maraqlı hadisə baş verdi. Cari mövsümdə qələbəyə həsrət qalan “Şimal” “ASCO Arena”da “Səbail”in qapısından 4 top keçirdi. Oyundan sonra Xaçmaz təmsilçisinin prezidenti, həm də komandada məşqçilik edən Qılman İbrahimovun fikrini öyrəndik:
“Bir komandanın uzunmüddətli qələbəsizlik seriyası rəqib tərəfindən gücsüzlük kimi görünür. Biz, sadəcə, təcrübəsizik. Bu heyətin 60 faizi ilə Region Liqasında, 2-ci liqada oynamışıq. İlk turda “Şəfa” ilə oyunda iki penalti oldu, biri qolla nəticələndi, 0:2 məğlub olduq. 2-ci turda hesabda öndə ola-ola, MOİK-lə heç-heçə etdik. 3-cü turda Buzovnada “Baku Sportinq”lə 4:1 uduzduq. Amma nəticə hesaba görə deyildi. Xeyli qol imkanımız olmuşdu. Sonra “Səbail”lə öz meydanımızda heç-heçə etdik. “Mingəçevir”i udurduq, hakim səhvinə görə 3:1 uduzduq. “Cəbrayıl”la oyunda olan fiasko isə aydın məsələdi. Bundan sonra komandada eniş başladı. Son turlarda hiss olunurdu ki, qələbə gələcək. İclas keçirdik. Dedik ki, tam rahat olacağıq, ilin son oyunudu, bu komandadan birinci dövrədə xal almışıq. İlk hissədə rəqibi qapısına sıxmışdıq. Lakin 43-cü dəqiqədə əks-hücumda qol buraxdıq. Fasilədə danışdıq, dedik ki, toparlansaq, udacağıq. 49-cu dəqiqədə qol vurduq. 4 qolun ikisini Region Liqasında oynayan uşaqlar vurub. Biri Şahmar Sədiyevdi, digəri də Amil Məmmədov. İlk peşəkar müqavini bizimlə bağlayıblar. Uşaqlar 4-cü qoldan sonra eyforiyaya qapıldı. Heç nədən penaltiyə səbəb oldular, iki qol buraxsaq da, qələbə qazana bildik”.
Qılman bəydən “Səbail”ə, yoxsa “Şəfa”ya qarşı oynamağın daha çətin olduğunu da soruşduq. Cavabında ikincinin adını çəkdi.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.