AZ

Gecə ərzində Günəşdə üç güclü partlayış qeydə alınıb

ain.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Gecə saatlarında Günəşdə üç güclü partlayış baş verib.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş Yer Fizikası İnstitutu məlumat yayıb. Laboratoriyanın rəsmi veb-saytında bildirilib ki, baş verən alovlanmalar M sinfinə aid olub.

Qeyd olunub ki, bundan əlavə, Günəşdə daha üç C sinifli alovlanma da müşahidə edilib.

Xatırladaq ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu daha əvvəl 2026-cı ildə rekord sayda Günəş partlayışlarının baş verə biləcəyi ilə bağlı açıqlama vermişdi.

DOĞRU.AZ 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
dogru.az

2Mənbələr