AZ

"Şimal"ı tərk edən olmayacaq - Debütantın hazırlıq planı açıqlandı

1-ci Liqanın debütantı "Şimal"ın hazırlıq planları bəlli olub.

Bu barədə Fanat.Az-a komandanın oynayan baş məşqçisi Tural Cəlilov məlumat verib:

"Yanvarın 10-da yığışmağı planlaşdırırıq. İki yoxlama oyunu keçirmək niyyətindəyik. Hələ rəqiblərin kim olacağı dəqiqləşməyib. Hansısa oyunçunu göndərməyəcəyik. Əksinə, heyəti gücləndirməyə çalışacağıq. Heyətə üç-dörd yeni futbolçu cəlb etmək fikrindəyik".

Qeyd edək ki, "Şimal" 1-ci Liqanın turnir cədvəlində 5 xalla 12-ci - sonuncu pillədə mövqe tutub.

Nihat   
 

Seçilən
19
1
fanat.az

1Mənbələr