AZ

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 3 polis şəhid olub | VİDEO

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya yerli mətbuata müsahibəsində məlumat verib. O diqqətə çatdırıb ki, əməliyyat nəticəsində ümumilikdə 6 terrorçu zərərsizləşdirilib. Baş verən atışmada 3 polis həyatını itirib, 8 polis və 1 mühafizə əməkdaşı isə yaralanıb:

"Əməliyyatın həyata keçirildiyi mənzildə 5 qadın və 6 uşaq da aşkarlanıb. Onlar sağ halda evdən çıxarılıblar".

Nazir həmçinin vurğulayıb ki, son 1 ayda adıçəkilən terror təşkilatına qarşı əməliyyatlarda 137 şübhəli yaxalanıb, onlardan 97-si barədə həbs qətimkan tədbiri seçilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
15
azvision.az

1Mənbələr