AZ

Azərbaycanlılar İbrahim Rəisiyə heykəl ucaldacaq

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Helikopter qəzasında həlak olan İranın keçmiş prezidenti İbrahim Rəisinin Ərdəbil şəhərində heykəli ucaldılacaq.

Axar.az xəbər verir ki, bu haqda yerli sosial media şəbəkəsində məlumat yayılıb.

“Bu, son vaxtlar Ərdəbildə ucaldılan Sədi Şirazi heykəlindən sonra ikinci belə haldır. Ərdəbillilər şəhərlərində Azərbaycan şəxsiyyətlərinin heykəllərinin ucaldılmasını gözləsələr də, bu hələ də reallaşmayıb”, - paylaşımlarda bildirilib.

Qeyd edək ki, İranın keçmiş prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 2024-cü il mayın 19-da Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
axar.az

1Mənbələr