“Altay isə türklərin, necə deyərlər, nüvə mərkəzidir. Altay diyarı... Ondan o tərəfə sorlar var, yakutlar var, Komi-Saxa var...”
“Türk dünyasının Rusiyada yaşayan türksoylu, türkdilli xalqlarla işləməsi üçün yetərli qədər zəminlər var. Məsələn, Tatarıstan, demək olar ki, tam oturuşmuş bir dövlətdir və onu Türk Dövlətləri Birliyinə cəlb etmək elə də çətin olmayacaq. Eyni fikri Başqırdıstan haqda da demək olar. Bundan başqa Qabardin-Çərkəz bölgəsi də kifayət qədər ayaqlanmış və oyanmış müstəqil bir qurumdur.”
Bu fikirləri Moderator.az-a açıqlamasında “Rusiyanın parçalanacağı ehtimalı getdikcə artır. Belə şəraitdə Türk dünyası həmin imperiya ərazisindəki türkdilli xalqlarının gələcəyi üçün nələr edə bilər?” sualını cavablandırarkən politoloq Qabil Hüseynli ifadə edib.
“Altay isə türklərin, necə deyərlər, nüvə mərkəzidir. Altay diyarı... Ondan o tərəfə sorlar var, yakutlar var, Komi-Saxa var. Krasnoyarsk ətrafında da bir neçə türk tayfası yaşayır ki, onlar da tədricən ayılıb özlərini ifadə edəcəklər.
Bütün bu deyilənlər ümumi bir Türk dünyasının yenidən formalaşmasına səbəb ola bilər”, -deyə davamında Qabil Hüseynli vurğulayıb.