Təbii ki, müharibənin öz qaydaları var. Amma hədəf dinc insanlar, yaşayış binaları, xəstəxanalar olmamalıdır. Bu qədər ağır cinayətlərdən sonra təcavüzə məruz qalanı deyil, təcavüz edəni bütün məqamlarda dəstəkləmək, görünür strateji ticari istəklərdən irəli gəlir.
XII əsrdə Şərqdə müəyyən mənada intibah dövrü olanda Qərbdə quldarlıq prinsipləri hökm sürürdü. Bu gün qoca Avropa qitəsi yenədəmi əvvəlki dönəminə qayıtmaq istəyir. XXI əsrdə ticari yanaşmalarla müharibənin taleyini həll etmək mümkünsüzdür.
Digər tərəfdən Rusiya-Ukrayna müharibəsində ədalətsiz yanaşma, rəsmi Moskvanın istəklərinə boyun əymək Şərqi Avropa ölkələri ilə bərabər keçmiş sovet respublikaları üçün də ciddi təhlükələr vəd edir. Məhz ona görə, bu müharibədə təcavüzkara heç bir güzəşt olmamalı, bu gün unudulan beynəlxalq hüququn prinsipləri tətbiq olunaraq proses yekunlaşmalıdır. Yalnız ədalətli sülhdən və yaxud uzunmüddətli atəşkəsdən sonra ticari məqsədlərin reallaşması mümkün olar".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31