sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Əl Nəsr" və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo Dubayda keçirilən "Globe Soccer Awards" mərasimində bu dəfə qolları ilə deyil, taxdığı dəbdəbəli saat ilə gündəmə gəlib. Sport24.az xəbər verir ki bu barədə "Marca" məlumat yayıb.
Mənbənin sözlərinə görə, portuqaliyalı ulduzun qolunda 700 min avrodan çox dəyəri olan ağ qızıl və brilyantlarla bəzədilmiş "Patek Philippe Nautilus Chronograph" modeli saat olub. Məhdud sayda istehsal edilən bu eksklüziv aksessuar mərasim iştirakçıları və sosial media istifadəçiləri arasında böyük maraq doğurub.
Qeyd edək ki, Ronaldonun kolleksiyasında 1,56 milyon avro dəyərində "Girard-Perregaux Planetarium Tri-Axial", 1,38 milyon avroluq "Franck Muller Cintrée Curvex Tourbillon", 920 min avroluq "Jacob & Co. Bugatti Chiron Tourbillon CR7 Edition", 885 min avroluq "Hublot Big Bang Integrated Tourbillon Sapphire Rainbow" və təxminən 740 min avroluq "Rolex GMT-Master" kimi nadir saat modelləri var.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.