AZ

Sadır Japarov keçmiş prezident Atambayevin bütün titullarını əlindən aldı...


Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bütün dövlət mükafatlarından məhrum edilib. Bu barədə müvafiq fərman ölkə başçısı Sadır Japarov tərəfindən imzalanıb.

Fərmana əsasən sabiq dövlət başçısı ölkənin ən yüksək mükafatı olan “Qırğızıstan Respublikasının Qəhrəmanı” ali fəxri adı, II dərəcəli “Manas” ordeni, “Danaker” ordeni və “Dank” medalından məhrum ediləcək.

Sənəddə bildirilir ki, Japarov Bişkek şəhərinin Pervomayski Rayon Məhkəməsinin 3 iyun 2025-ci il tarixli hökmünə əsasən müvafiq fərmanı imzalayıb. Həmin vaxt məhkəmə postsovet ölkəsinin keçmiş liderini əmlakı müsadirə olunmaqla və dövlət mükafatlarından məhrum edilməklə 11 il altı ay müddətinə azadlıqdan məhrum edib.

Qeyd olunur ki, Atambayevin dövlət mükafatlarının müsadirə edilməsi ilə Respublika Baş Prokurorluğunun məhkəmə icraçıları məşğul olacaq. Orden və medallar dövlət mükafatları fonduna təhvil veriləcək.

Atambayevə medal və ordenlərin verilməsi haqqında prezident fərmanları da ləğv edilib.

O da bildirilir ki, qısa müddət əvvəl Atambayevin ailəsi Koy-Taşdakı evlərindən zorla çıxarılıb.

Qeyd edək ki, Almazbek Atambayev 2011–2017-ci illərdə Qırğızıstanın prezidenti olub..

TAHİR

Seçilən
15
baki-xeber.com

1Mənbələr