AZ

Bir zamanlar məktəblərdəki ibtidai sinif müəllimlərinin çoxu kollec məzunları idi Ekspert

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

“Kolleclər bir vaxtlar ən dəbdə olan təhsil pillələrindən biri idi. Lakin sonralar Boloniya sisteminə keçməyimiz, təhsilin hamı üçün əlçatan olması siyasəti ilə bağlı ali məktəblərdə keçid ballarının aşağı düşməsi, hətta 150-200 balla qəbul aparılması vəziyyəti dəyişdi”. 

Bunu 525.az-a təhsil eksperti Məzahir Məmmədli bildirib. O qeyd edib ki, bir zamanlar ümümitəhsil məktəblərində ibtidai sinif müəllimlərinin və kənd təsərrüfatı işçilərinin əsas heyətini kollec məzunları təşkil edirdi:

“Araşdırmalarım onu göstərir ki, Elm və Təhsil Nazirliyinin müəllimlərin sertifikasiyası ilə bağlı keçirdiyi imtahanlarda ən az nəticə göstərənlər məhz region kolleclərindən məzun olan prdaqoqlardı”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
525.az

1Mənbələr