AZ

Zelenski Ukrayna-Rusiya görüşlərinə hazır olduğunu bildirib

Zelenski

Kiyev yanvar ayında Avropa tərəfdaşları və ABŞ nümayəndələri ilə müxtəlif səviyyələrdə bir neçə görüş keçirməyi və bundan sonra Rusiya tərəfi ilə danışıqlara hazır olacağını gözləyir.

Bu barədə Vladimir Zelenski bildirib.

“Bütün görüşlərin yanvar ayında keçirilməsini təmin etməyə ciddi yanaşırıq. Bundan sonra, düşünürəm ki, hər şey addım-addım davam edərsə, ruslarla bu və ya digər formatda görüş olacaq. Bunu bir daha vurğulayırıq; artıq müzakirə etdiyimiz müvafiq formatlara hazırıq”, - deyə o, Ukraynanın “Novosti.Live” nəşri tərəfindən dərc olunmuş səs yazısında bildirib. Lakin Zelenski hansı konkret formatların müzakirə olunduğunu dəqiqləşdirməyib.

O, yanvar ayında Ukraynada ABŞ və Avropadan olan məsləhətçilərin görüşünü keçirməyə ümid etdiyini bildirib.

Məryəm Quliyeva

Seçilən
77
1
xalqcebhesi.az

2Mənbələr