AZ

Gürcüstan Ukraynaya generatorlar göndərib

Gürcüstanın Energetikanın İnkişafı Fondu Ukraynaya humanitar yardım göndərib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyindən bildirilib.

Baş nazir İrakli Kobaxidzenin qərarı ilə göndərilən yükə 9 ədəd müxtəlif növ və gücə malik generator daxildir.

Gürcüstandan quru yolla göndərilən humanitar yük ölkənin Kiyevdəki səfirliyinə təhvil veriləcək. Ukrayna tərəfi generatorları bir neçə gün ərzində alacaq.

Qeyd edək ki, generatorların ümumi dəyəri 1,5 milyon lari (557 min ABŞ dolları) təşkil edir.

Seçilən
76
2
apa.az

4Mənbələr