Bakı. Trend:
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarınınməbləğlərinin qaytarılması qaydalarında dəyişiklik ediləcək.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi VergiMəcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, Vergi Məcəlləsinin191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbisığorta fonduna ödənilən hissəsi istisna olmaqla,vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmişməbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıqödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyəsanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi vəya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrəödəmələrin hesabına aid edilir.
Qanun layihəsində yuxarıda sözügedən istisnanınaradan qaldırılması təklif edilir.
191.5-ci maddədə bildirilib ki, bu Məcəllə ilə müəyyən edilənaksizli mallara tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığortahaqqında" Qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığortafonduna ödənilir.
"Tibbi sığorta haqqında" Qanuna əsasən, AzərbaycanRespublikasının ərazisində istehsal edilərək daxili istehlakayönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinəidxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazınhər litrinə görə 0,02 manat, vergi ödəyiciləri tərəfindən araq(vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içkimaterialları, likyor və likyor məmulatlarının hər litrinə görətətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivəistisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görətətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (naziksiqarlar) və tütündən hazırlanan siqaretlər və onunəvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilənaksiz dərəcəsinin 0,1 manatı məbləğində icbari tibbi sığorta haqqıödənilir.
Qanun layihəsində yuxarıdakı maddənin ləğvolunması təklif edilir.
Yəni, mövcud qanunvericiliyə görə, alkoqollu içkilərə və tütünməlumatlarına tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığortahaqqında" Qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığorta üzrəsığorta haqları formasında icbari tibbi sığorta fondunaödənilir.
Layihədə aksizli mallar üzrə aksiz dərəcələrinin icbari tibbisığorta fonduna ödənilən hissələrinin ləğv edilməsi və dövlətbüdcəsinin gəlirlərinə aid edilməsi və uyğunlaşdırma çərçivəsindəhəmin Qanunda inzibatçılığı müəyyən edən maddələrin ləğvi təklifedilir.