AZ

3 türk polisi şəhid oldu İŞİD ə qarşı əməliyyat başa çatdı

ain.az, Bakupost saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Yalovada keçirilən İŞİD əməliyyatı zamanı baş verən silahlı qarşıdurma səhər saatlarına qədər davam edib.Bakupost.az xəbər verir ki, Türkiyə daxili işlər naziri Əli Yerlikayanın hadisəylə bağlı yaydığı açıqlamaya görə, üç polis şəhid olub, səkkiz polis və bir vətəndaş yaralanıb. Türk vətəndaşı olan altı İŞİD üzvü öldürülüb.

Yalova’da DEAŞ terör örgütüne yönelik yapılan operasyon ile ilgili basın açıklamamız.????Ankara #CanlıYayın????????https://t.co/yneoDqXlzK

— Ali Yerlikaya (@AliYerlikaya) December 29, 2025 Əməliyyat gecə saat 02:00-da başlayıb və səhər 09:40-da başa çatıb. Əməliyyat zamanı həmin ünvanda olan beş qadın və altı uşaq evakuasiya edilib. Yaralanan polislərin vəziyyəti kritik deyil. Əməliyyata Bursa şəhərindən əlavə xüsusi polis qüvvələri də dəstək üçün cəlb olunub.Rəsmi məlumatlara görə, ötən həftə İŞİD-lə əlaqəli olduqları güman edilən 115 nəfər həbs olunmuşdu. Bu şəxslərin ölkədə Yeni il və Milad bayramları zamanı hücumlar planlaşdırdıqları bildirilirdi. İstanbul prokurorluğunun məlumatında deyilir ki, qrup əsasən qeyri-müsəlmanları hədəf almaq niyyətində olub. Terror təşkilatının üzvləri on il əvvəl Türkiyədə bir sıra silahlı hücumların törədilməsində təqsirli biliniblər. Bu hücumların arasında İstanbuldakı bir gecə klubuna və hava limanına edilən hücumlar da yer alır.Cavid, BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
28
www.bakupost.az

10Mənbələr