Bakı. Trend:
ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limiti nağdsızhesablaşmalara münasibətdə 2 dəfə artırılacaq.
Trend-inməlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi VergiMəcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, ƏDV-nin məqsədləri üçün məcburi vəya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi forma üzrə verilməlidir.
Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanıhəmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa vəərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiqicra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyatbildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və onaaid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi vəVÖEN-i göstərməyə borcludur.
ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfəverilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişiitirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisininmüraciəti əsasında ona bildirişin surəti verilir.
Məcburi qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılıolaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:
- ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergitutulan əməliyyatların həcmi 200 min manatdan artıqolduqda - növbəti ayın birinci günündə;
- bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatınümumi dəyəri 200 min manatdan artıq olduqda -əməliyyatın aparıldığı günədək;
- aksizli, məcburi nişanlama ilə nişanlanmalı mallarınistehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olanşəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığıgündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həminfəaliyyəti həyata keçirməyə başladığı gündə.
Qanun layihəsində, ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyatlimitinin artırılması (200 min manatlıq dövriyyəhəddinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayanşəxslərə göstərilən xidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə2 dəfə artırılaraq 400 min manata çatdırılması)təklif edilir.
Bildirilib ki, aparılan sosial-iqtisadi islahatların əsashədəflərindən biri nağdsız hesablaşmaların xüsusi çəkisininəhəmiyyətli dərəcədə artırılmasıdır. Bunun nəticəsidir ki, sonillərdə iqtisadiyyatda nağdsız əməliyyatların xüsusi çəkisindəəhəmiyyətli artımlar baş verib. Bu sahədə aparılan islahatlarındavamı kimi nağdsız əməliyyatların sitmullaşdırılması məqsədiləƏDV-nin məqsədləri üçün məcburi qeydiyyat limitinin nağdsızhesablaşmalara münasibətdə artırılması təklif olunur.
Belə ki, Vergi Məcəlləsinə əsasən ardıcıl 12 aylıq dövrdə vergitutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduqda vergiödəyicisinin ƏDV qeydiyyatına durmaq öhdəliyi yaranır. Nağdsızödənişlərin həcminin daha da artırılması məqsədilə ƏDV qeydiyyatöhdəliyi yaradan 200 min manatlıq dövriyyə həddinin pərakəndəticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilənxidmətlər üzrə nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılmasıtəklif edilir.
Bununla da, ƏDV qeydiyyat həddi maksimum 400 min manataçatdırılmaqla dövriyyənin nağdsız formalaşmasıstimullaşdırılır.